Bu geyimlər dermatoloji problemlərə yol açır - AÇIQLAMA
Həm Avropadan olan ikinci əl brend geyimlər, həm də ki, onlayn şəkildə satılan ikinci əl geyimlərə tələbat kifayət qədər çoxdur. Hərçənd xüsusilə mazağalarda satılan iki əl geyimlərin hər birinin üzərində etiketi olur və satışdan əvvəl dezinfeksiya edildiyi deyilir.
Bu cür geyimləri alanlar hansı istifadə qaydalarını bilməlidirlər?
Bununla bağlı dermatoloq Səadət Bayramova Redaktor.az-a açıqlamasında bildirdi ki, geyimlər xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunaraq təmizləndiyi üçün dəridə müxtəlif problemler, qıcıqlanma, allergik reaksiyalara səbəb olur:
"Mənşəyi bilinməyən bu geyimlər allergik rekasiyalarla yanaşı, bir çox dermatoloji problemlərə də yol açır. Eyni zamanda bir çox xəstəliklərə də yoluxma riski də yüksəkdir. Burada geyimlər doğru şəkildə dezinfeksiya olunmur. Aylarla preslənmiş geyimlərin hansı xeyrindən danışmaq olar ki?! Əsas şərtlərdən biri odur ki, uşaqlara qətiyyən bu geyimlərdən istifadəsinə icazə verilməməlidir. İmmun sistemi zəif olduğu halda həm böyüklər, həm də uşaqlar böyük xəstəlik riskləri ilə qarşılaşırlar".
Sevinc İBRAHİMZADƏ