Bu gecə bəzi bank kartları İŞLƏMƏYƏCƏK

 19:50 15.10.2024     458

Bu gecə 01:00-dan 07:00-a qədər "Azericard" prosessinq mərkəzində təkmilləşdirmə işləri aparılacaq.

Redaktor.az "Operativ Media"ya istinadən xəbər verir ki, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlər yarana bilər.

"Azericard"ın tərəfdaşları siyahısına ABB, Pasha Bank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Rabitə Bank və başqa banklar daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən