"Kimin müşkül işi olardısa, qardaşımın yanına gələrdi" - Mübariz İbrahimovun əmisi

 18:00 16.10.2024     236

Ağakərim hər zaman gənclərə Mübariz kimi mərd və savadlı olmağı tövsiyə edərdi.

Redaktor.az xəbər verir ki, bunu açıqlamasında Milli Qəhrəman Mübariz İbrahimovun oktyabrın 16-da vəfat edən atası Ağakərim İbrahimovun qardaşı Böyükağa İbrahimov deyib.

Onun sözlərinə görə, mərhum yanına gələn qonaqlara həmişə vətənpərvərlikdən danışardı:

“Qardaşım hər zaman gənclərə tövsiyə edərdi ki, oxuyun, Mübariz kimi mərd və savadlı olun.

Kimin müşkül işi olardısa, məsləhət üçün onun yanına gələrdi. Allah rəhmət eləsin, Ağakərim el ağsaqqalı idi” (report.az).