Nazir onu rəis müavini təyin ETDİ

 11:08 17.10.2024     587

Məlumata görə, İsmayılov Seymur Bəhram oğlu nazirliyin Notariat Qeydiyyat və Reyster Baş İdarəsinə, Məmmədov Vüsal Valeh oğlu Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini təyin edilib. 

Redaktor.az xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Seymur İsmayılov bundan əvvəl Dövlət reyestrləri idarəsinin rəisi vəzifəsini icra edən, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Notariat idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb. 

Vüsal Məmmədov isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin rəisi vəzifəsini tutub.