Şəmkirçaydan sel keçir - FAKTİKİ HAVA - YENİLƏNİB

 15:46 18.10.2024     529

Oktyabrın 18-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Redaktor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şuşa, Kəlbəcər, Füzuli, Xocalı, Xocavənd, Xankəndi, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır.

Yağan intensiv güclü yağıntılar nəticəsində Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Lerikdə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

***

10:27

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçir.