"İlham Əliyevin prezidentliyi dövründə əməkhaqqı xeyli artıb" - Deputat
"Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Dünən də Füzulinin azad edilməsindən 4 il ötürdü. 1993-cü ildə Heydər Əliyevin qayıtması bizə işıq oldu".
Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov parlamentin iclasında söyləyib.
"Qarabağı azad edən gənclər liderin yetirmələridir. Bunu həzm etməyən daxili və xarici qüvvələrə demək istəyirəm ki, bu, bizim uğurumuzdur. İlham Əliyevin prezidentliyi dövründə əmək haqqı xeyli artıb. Bu ondan xəbər verir ki, geoiqtisadi və geosiyasi tərəfdəndə güclüyük".
Türkan İSGƏNDƏRLİ