"Bu tip binalar elektrik enerjisi ilə təmin olunsun" - Millət vəkilindən TƏKLİF

 11:53 18.10.2024     249

"Binalarda təbii qaz yoxdur. Bununla bağl ciddi şikayətlər almışam".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev parlamentin iclasında dilə gətirdi.

"Bir sıra ölkələrdə bu cür binalarda elektrik enerjisi güzəştli tariflərlə satılır. Havaların da soyuması ilə bu problemlər ciddi narazılıqlar yaradır. Ona görə binaların elektrik enerjisi ilə təmin olunmasını təklif edirəm", - deputat qeyd etdi.

Parlamentin sədri Sahibə Qafarova isə buna cavab olaraq bildirdi ki, həmin şikayət məktubları parlamentə verilsin və məsələyə baxılsın.

Türkan İSGƏNDƏRLİ