"Sahibsiz heyvanlarla bağlı təbliğat aparmalıyıq" - Millət vəkili

 13:49 18.10.2024     149

"Sahibsiz heyvanların insanlara hücumu baş verə bilər. Bu istiqamətdə təkmilləşdirilmiş həll yolları tapmalıyıq".

Redaktor.az xəbər verir ki, bunu parlamentin iclasında millət vəkili Ceyhun Məmmədov deyib.

"Əvvəllər sahibsiz heyvanlar vurulurdu. Biz təbliğat aparmalıyıq ki, insanlar onları sahiblənsinlər. Çünki dövlət bütün heyvanlara baxa bilməz. Bununla yanaşı, təbiətə zərər verilir, ağaclar kəsilir, yandırılır. Cəmiyyəti bu barədə maarifləndirməliyik", - deyə millət vəkili qeyd edib.

Parlamentin sədri Sahibə Qafarova ona cavab olaraq bildirdi ki, maarifləndirmə bağça və məktəbdən başlamalıdır ki, uşaqlar böyüyəndə ağacları qırmasınlar, heyvanlara sevgi bəsləsinlər.

Türkan İSGƏNDƏRLİ