Heyvanlarla rəhmsiz davrananlar bu qədər CƏRİMƏLƏNƏCƏK

 14:17 18.10.2024     182

Heyvanlarla rəhmsiz rəftarı təbliğ edənlər bir ayadək həbs oluna bilərlər. 

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunlarına təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.