COP29-dan sonra avtobus və velosiped yolları ləğv ediləcək? - AÇIQLAMA
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı - COP29-dan sonra şəhərin bəzi yollarındakı avtobus və velosiped zolaqlarının ləğv ediləcəyi ilə bağlı söyləntilər var. Bəs bu fikilər reallığı nə qədər əks etdirir?
Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev Redaktor.az-a açıqlamasında bildirdi ki, belə bir şeyin olması mümkün deyil:
"Çünki avtobus və velosiped zolaqları COP29-a görə çəkilməyib. Doğrudur, COP29 üçün müəyyən yerlərdə ayrıca zolaqlar çəkilir. Ancaq avtobus zolaqlarına bunun aidiyyəti yoxdur, əksinə getdikcə. avtobus zolaqları genişləndiriləcək və daha da çoxaldılacaq. Bu zolaqların kəsilməməsi, davamlı olması qarşıya qoyulan məqsədlərdəndir. Eyni zamanda velosiped zolaqları da şəhərin bütün yollarında olacaq".
Yasin Mustafayevin sözlərinə görə, tıxacların, yollardakı sıxlıqların qarşısını almaq üçün əsas məqsəd ictimai nəqliyyatın işini optimallaşdırmaq, velosiped, skuter, moped kimi kiçik nəqliyyat vasitələrinin işini asanlaşdırmaq və onlar üçün ayrıca yollar salmaqdır.
Sevinc İBRAHİMZADƏ