Yeni Yasamalı da su BASDI

Yasamal rayonu, Əsəd Əhmədov küçəsini su basıb.
Redaktor.az xəbər verir ki, gün ərzində yağan şiddətli yağışlar Bakının bir sıra ərazilərində, o cümlədən Yeni Yasamalda yol hərəkəti iştirakçılarına maneələr törədir.
Yasamal sakinləri yollarda su ötürücülərinin işləməməsindən şikayətləniblər.
Sevinc İBRAHİMZADƏ