Yağıntılar nə vaxtadək davam EDƏCƏK?

“Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək”.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
O bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir:
“Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək”.
Onun sözlərinə görə, oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.