İçərisində sakinlər ola-ola sökülən binadan nə XƏBƏR VAR?
Xəbər verildiyi kimi, Bakının Yasamal rayonunun 1-ci Alatava qəsəbəsi, 128B ünvanındaki yaşayış binasında sakinlər evdə ola-ola söküntü işləri aparılıb. Məlumata görə, "Melisa" şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin gördüyü operativ tədbirlər nəticəsində özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.
Redaktor.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə yenidən sorğu ünvanladı.
DİN-in əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirdi ki, vətəndaşlar tərəfindən məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Hazırda araşdırma aparılır.
Sözügedən görüntüləri təqdim edirik:
Sevinc İBRAHİMZADƏ