Bakının bu prospekt və küçələrində binaların söküntüsü BAŞLAYIR

 14:33 22.10.2024     99

Bakının Xətai rayonunda yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işlərinə başlanılır.

Redaktor.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti bununla bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Layihəyə əsasən, rayonun Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü aparılacaq.

İcra Hakimiyyəti söküntü işlərinin icrasını "Ramco" şirkətinə həvalə edib və onunla dəyəri 1,3 milyon manat olan müqavilə bağlayıb (iqtisadiyyat.az).