"Gəncədə 50 illik ağaclar var ki, heç kim onları suvarmır..." - Deputatdan ETİRAZ

 15:00 22.10.2024     269

"Azərbaycanda ağac əkmək asandır, ancaq ona qulluq etmək çətindir".

Redaktor.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Müxtəlif qurumlar ağac əkirlər, ancaq ona qulluqla bağlı heç bir öhdəliklər götürmürlər. Məncə ağacların əkilməsi ilə bağlı elə bir sistem yaradılmalıdır ki, hər kəs ağac əkməsin, çünki sonradan ağac qulluqsuz qalır. Buna da insanın ürəyi yanır. Birdə ağac əkildikdən sonra Ekologiya Nazirliyinə mütləq məlumat verilsin. Əkilmiş ağac qeydiyyata alınsın", - deyə o qeyd edib.

"Bu gün Gəncədə 50 illik ağaclar var ki, heç kim onları suvarmır, qulluq etmir. Burada söhbət həyətlərdə əkilmiş ağaclardan gedir. Hansı ki, aidiyyəti qurumlar suvarmırlar. Soruşanda deyirlər ki, bizim balansımızda deyil. Vətəndaşlar da su pullu olduğu üçün sulaya bilmirlər", - deyə deputat əlavə edib (Report).