"Gəncədə 500 illik ağaclar var ki, heç kim onları suvarmır..." - Deputatdan ETİRAZ

 15:00 22.10.2024     98

Azərbaycanda ağac əkmək asandır, ancaq ona qulluq etmək çətindir.

Redaktor.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Müxtəlif qurumlar ağac əkirlər, ancaq ona qulluqla bağlı heç bir öhdəliklər götürmürlər. Məncə ağacların əkilməsi ilə bağlı elə bir sistem yaradılmalıdır ki, hər kəs ağac əkməsin, çünki sonradan ağac qulluqsuz qalır. Buna da insanın ürəyi yanır", - deyə o qeyd edib.

"Bu gün Gəncədə 500 illik ağaclar var ki, heç kim onları suvarmır, qulluq etmir. Soruşanda deyirlər ki, bizim balansımızda deyil", - deyə deputat əlavə edib (Report).