Palma yağının faydaları var? - ARAŞDIRMA
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54% və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6% və ya 13 milyon 672 min ABŞ dolları artıb. Hesabat dövründə Azərbaycana Malaziyadan 11 min 853 ton, İndoneziyadan isə 24 min 851 ton palma yağı idxal edilib.
Redaktor.az palma yağı barədə araşdırmanı təqdim edir:
Palma yağı nədir?
Bu yağ İndoneziya və Malayziyada tapılan palma növündən əldə edilir. Daha çox işlənmiş qidalarda və qablaşdırılmış məhsullarda istifadə olunur. Qida sektorunda palma yağı ağacına üstünlük verilməsinin səbəbi çox qənaətcil olmasıdır. Bitki yağları arasında palma yağı ən çox seçilən yağ növüdür. Omeqa-6 baxımından da yüksəkdir və istehlak edilmədikdə omeqa-6 xəstəliklərinə səbəb ola bilər.
Ancaq palma yağları yüksək temperaturda təmizləndiyi üçün bir qədər zərərli ola bilər. Yüksək temperatura məruz qalmasının səbəbi isə təbii qırmızı rəngini itirməsi və qoxusundan qurtulmasıdır. Mütəxəssislər palma yağının zərərləri ilə bağlı iki yerə bölünsələr də, bir çoxları seçimi istehlakçının ixtiyarına buraxırlar.
Palma yağının ziyanı var?
Bəzi ekspertlər yüksək temperatura məruz qalan palma yağının infarkta və yüksək təzyiqə gətirib çıxardığı qənaətindədirlər. Ancaq araşdırmalar nəticəsində onun hələlik yalnız heyvanlar üzərində kanserogen təsir göstərdiyi məlumdur. Xüsusilə palma yağı oranqutanların yox olmasına səbəb olacaq faktordur. Onların yaşayış yerləri daraldıqca, özləri də bir-bir bu həyatdan yox olacaqlar. Bundan başqa, palma yağı istehsalı üçün yağış meşələr də məhv edilir.
Beləliklə, bu bir zəncirdir. Nə qədər çox istehlak olarsa, bir o qədər çox ağac kəsiləcək və heyvanların təbiəti dəyişəcək. Qısaca, bir neçə ildən sonra sürətli istehlak səbəbindən biz bəzi heyvanları ancaq kitablarda görə biləcəyik.
Palma yağının faydaları nədir?
- Tərkibindəki E vitamini sayəsində sabun və kosmetika məhsullarında xüsusilə saç baxım məhsullarında palma yağına üstünlük verilir. Saçlara canlılıq və parlaqlıq təsiri bağışlayır.
- Dəriyə qulluq vasitələrində, yaşlanma əleyhinə kremlərdə və losyonlarda istifadə olunur. Çünki hüceyrə bərpaedici xüsusiyyəti bu kremlərdə özünü göstərir.
- Bəzi araşdırmalar nəticəsində katarakta əmələ gəlməsinin qarşısını aldığı bildirilir.
- Tərkibində A, D və E vitaminləri var və istehlak edildikdə enerji verir. Bu, palma yağının faydaları haqqında mənfi düşüncələri bir kənara qoya bilər.
- Omeqa-6 dəyəri baxımından olduqca yüksəkdir. Omeqa-6 saç baxımı və uzanmasında təsirli faktordur.
Palma yağı harada istifadə olunur?
Palma yağı marqarinlərdə, bəzi dondurmalarda, şokoladlarda, çöldə hazırlanan hazır yeməklərdə, qənnadı məmulatlarında və əksər işlənmiş qidalarda istifadə olunur. Bundan əlavə, bu yağ ən çox ətirli maye yuyucu vasitələrdə, sabun və şampunlarda, dodaq boyalarında və s. mövcud olur. Palma yağına xüsusən kosmetika və qida sahəsində üstünlük verilir.
Sevinc İBRAHİMZADƏ