Ermənistan Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı müddəaları təsdiqlədi

 10:36 23.10.2024     653

Ermənistan Milli Assambleyası (parlamenti) Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı müddəaları təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan məlumat verib.

Parlamentari deyib:  "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası”nın təsdiqinə 67 deputat səs verib. Qərar qəbul edilib".

Parlamentdə 107 yer var və deputatların səs çoxluğu təsdiqlənib.

Səsvermədə yalnız hakim partiya olan Mülki Konvensiyadan olan deputatlar iştirak edib. Müxalifət qüvvələri dinləmələri və məsələ ilə bağlı yekun qərarı boykot edib.

Sevinc İBRAHİMZADƏ