Cəlilabadın Göytəpə şəhərində şəhid adları verilən küçələrə lövhələr VURULDU

 22:54 23.10.2024     320

Cəlilabad rayon Göytəpə şəhərində şəhid hərbçilərimizin adının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu gün Göytəpə şəhərində Vətən müharibəsində şəhid olan hərbçilərimizdən Mirlətif Ağayev, Murad Səlifovun, Namiq Həsənovun, Muxtar Babayevin və Elmir Məmmədovun adına küçə verilib.

Qeyd edək ki, bundan əvvəl Göytəpə şəhərində 10 küçəyə şəhid hərbçilərimizin adı verilmişdi.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, Göytəpəyə 1976-ci ildə şəhər statusu verilib.

Vasif ƏLİHÜSEYN