Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

 22:23 27.10.2024     195

Azərbaycanda sabah gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.