Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs TUTULDU

Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon Prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü Ə.Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.