Bakının bəzi yerlərində leysan yağıb - YENİLƏNİB

 11:55 28.10.2024     196

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-i günün birinci yarısında arabir yağış yağıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olub.

10:02

***

Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun Redaktor.az-a verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.

O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.