"Araz" marketdən alınan keksdən qurd çıxdı - FOTO

 12:22 28.10.2024     148

"Araz Supermarket"dən alınan keksdən qurd çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə vətəndaşlardan biri "Facebook" hesabında paylaşıb.

"Araz Supermarketdən alınan "Darenka" belə bir "sürpriz" etdi. Məhsul alarkən, xüsusilə endirimlə olan məhsulların həmişə son istifadə tarixinə baxıram. Bir dəfə baxmayanda nəticə. Ümumiyyətlə, "Araz"da belə hallar tez-tez olur, diqqət edin", - deyə paylaşımda qeyd olunub.

O bildirib ki, məhsulu Yasamal Yaşayış Kompleksi ərazisindəki "Araz" marketdən alıb.

Sevinc İBRAHİMZADƏ

 

2