Deputat dəmir yolları ilə bağlı təklif verdi

 11:21 01.11.2024     185

"Nəqliyyat infrastrukturunun təkminləşdirilməsi uğurla həyata keçirilir. Artiq Bakıdan gəncəyə sərnişindaşımada müasir avtobuslarlar işə salınıb.
Həmçinin gündəlik hərəkət edən sürətli qatarlarında sayı da ikyə çatdırılıb. Fürsətdən istifadə edib bütün sərnişinlər və seçicilərimiz adından möhtərəm cənab prezidentə dərin təşəkkürümüzü bildiririk".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.

"Yalnız bəzi tekniki problemlər var ki, düşünürəm onu da həll etmək olar. Sürətli qatarla hərəkət zamanı sərnişin üçün 23 kq baqaj və ya 1 ədəd çanta keçirməyə icazə verilir. Bu normaldır. 
Ancaq, bilet alınarkən bu məlumat sərnişinə mütləq xəbərdarlıq şəkilində verilməlidir. Çox vaxt sərnişinlərin bundan məlumatı olmur.
Yalnız, sərnişin qatara daxil olmaq istəyəndə bu qayda ilə tanış olur, bu da sərnişin üçün problem yaradır. Məncə 2-ci yükün ödənişli şəkildə alınmasına da imkan yaratmaq lazımdır. 
Sərnişin bilet alarkən, zərurət yarandığı təqdirdə ödənişli ikinci baqajı almaq imkanı verilməlidir. Əgər qatarlarda baqajların daşınması üçün imkanlar məhduddursa buna da çıxış yolu var. Baqaj daşımaq üçün qatara əlavə vaqon qoşmaq olar və ya qatarlarda yerlərin sayını azaldıb əlavə yük yeri yarada bilərik", - deyə millət vəkili təklif edib.

Türkan İSGƏNDƏRLİ