""Vaşinqton Post" qəzeti saxtakarlıqla məşğuldur" - Millət vəkili

 11:19 01.11.2024     101

"Milli məclis mətbuatla bilavasitə bağlıdır. İstər Azərbaycan, istərsə də dünya mətbuatına laqyed qala bilmərik".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Rafael Hüseynov parlamentin bugünkü iclasında deyib. 

"Xüsusilə "Vaşinqton Post" qəzeti saxtakarlıq, qəsdən həqiqəti dəyişməklə məşğuldur. Eləcə də COP-la bağlı bir neçə yalan məlumatlar yazılıb. Onlar Qarabağdan ermənilərin köçməyini etnik təmizləmə adlandırıblar. Onu yazırlarsa, bizim üçün də yazsınlar. Qarabağ müharibələri və mədəni irslərimizi dağıtmaqlarından yazsınlar. Niyə susurlar? Mətbuat orqanı dünyada nüfuz qazanırsa, bunu qorumalıdır. Çox təəssüf edirəm ki, belə nüfuzlu qəzet kənardan idarə edilir".

Türkan İSGƏNDƏRLİ