"Mətbuatda bələdiyyələrlə bağlı mənfi xəbərlər yazılır" - Aydın Mirzəzadə

 12:16 01.11.2024     192

"Qanunlara edilən dəyişiklər, qrant verilməsi bələdiyyə üçün yenilik və ilkdir. Ümid edirəm, bu, bələdiyyələrə böyük dəstək olacaq".

Redaktor.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

"Təəssüf edirəm ki, mətbuatda bələdiyyələrlə bağlı mənfi xəbərlər yazılır. Bu belə formalaşır ki, bələdiyyələrin fəaliyyəti pisdir. Ancaq bu, belə deyil. İstərdim ki, uğurlu fəaliyyəti olan bələdiyyələr haqqında ictimaiyyətə məlumat verilsin", - deyə o bildirib.

Türkan İSGƏNDƏRLİ