"İnsanlar hüquq terminlərini başa düşə bilmir" - Vitse-spiker

 13:05 01.11.2024     190

"Terminlərdə sahmansızlıqlar var. Xüsusilə də hüquq dilində buna rast gəlinir. İnsanlar bunu başa düşə bilmir. Hətta hüquqçuların özləri belə çətinlik çəkirlər".

Redaktor.az xəbər verir ki, bunu vitse-spiker Rafael Hüseynov parlamentin bu gün keçirilən icalsında bildirdi.

"Təklifim odur ki, hüquq şöbəsi yaradılsın. Hüquqşünas və dilçilər bir yerdə belə sözləri sadələşdirə bilərlər", - deyə o qeyd etdi.

Türkan İSGƏNDƏRLİ