Şəhid İsmət Piriyevlə vida mərasimi KEÇİRİLİR

Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmət Medal oğlu Piriyevin meyitinin qalıqları Göyçay rayonunun Çərəkə kəndinə gətirilib.
Redaktor.az report.az-a istinadla xəbər verir ki, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, İsmət Medal oğlu Piriyev 1975-ci il yanvarın 8-də Göyçay rayonunun Çərəkə kəndində anadan olub. O, 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.
İ.Piriyev Çərəkə kənd Şəhidlər Xiyabanında dəfn olunacaq.