Ağdaşın yeni icra başçısı kimdir? - DOSYE

 16:58 01.11.2024     258

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Redaktor.az Ağdaşın yeni icra başçısının dosyesini təqdim edir:

Orxan Rüfət oğlu Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

İş həyatına 2006-cı ildə atılıb. Belə ki, 2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildə isə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.

Həmin ildən indiyədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışır.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən