COP29 zamanı xidmət və tədbir avtomobillərinə stikerlər VERİLƏCƏK

 19:59 01.11.2024     403

Noyabrın 1-dən COP29 zolaqlarından yalnız xüsusi xidmət və tədbir avtomobilləri, ictimai nəqliyyat vasitələri istifadə edə bilər. Bunun üçün xüsusi xidmət və tədbir avtomobillərinə müəyyən stikerlər və nəqliyyatın buraxılış və parklanma icazəsi vərəqələri verilib.

Redaktor.az xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

O.Mahmudlu bildirib ki, bunlar COP29 Əməliyyat Şirkəti tərəfindən verilir: "Heç bir dövlət qurumuna, özəl şirkətlərə, biznes subyektlərinə və digər hüquqi şəxslərə əsası olmadan icazələrin verilməsi, stiker və vərəqələrlə təmin olunması nəzərdə tutulmur. Bununla bağlı COP29 Əməliyyat Şirkətinə müraciət və sorğu ünvanlanmamasını xahiş edirəm. Kifayət qədər alternativ yollar var və bundan istifadə edə bilərlər".