Faktiki hava şəraiti AÇIQLANDI

 20:31 03.11.2024     183

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.

Qurumdan Redaktor.az-a verilən məlumatda bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlıga uygun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəcevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Yagıntılı hava şəraiti isə noyabırın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.