Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi ENDİRİLDİ

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilib ki, NİİM-in əməkdaşları tərəfindən məlumat - sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub.
“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda vurğulanıb.