"Ermənistan sülh təklifini qəbul etməyərək sakitlik istəmədiyini göstərir"

 11:26 07.11.2024     62

"Bu gün Azərbaycan xalqı böyük bayram ərəfəsindədir. Son ildə Azərbaycanın qazandığı uğur İlham Əliyev və onun ordusunun sayəsində oldu".

Redaktor.az xəbər verir ki, bu fikirləri millət vəkili Bəxtiyar Əliyev bugünkü iclasda bildirib.

"İlham Əliyevin apardığı siyasət bu gün özünü göstərir. Regionda əmin-amanlıq var. Ermənistan və onun havadarları Azərbaycanın sülh təklifini qəbul etməyərək sakitlik istəmədiyini göstərir".

Millət vəkili qeyd edib ki, Azərbaycan qələbəni öz gücüylə təmin etdi və BMT-nin 4 qətnaməsini özü yerinə yetirdi.

Türkan İSGƏNDƏRLİ