"Zəfərə gələn yolda keçdiyimiz keşməkeşli tariximizi danmamalıyıq" - Millət vəkili

 11:40 07.11.2024     150

"Zəfər Günü təkcə zəfər salnaməsi deyil, həm də Azərbaycan xalqının, ortaq amalımızın birliyinin göstəricisidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri miillət vəkili Kamal Cəfərov parlamentin bugünkü iclasında səsləndirib.

"İndi gənclərimiz yetişir. Onlar tariximizi yaxşı bilməli, müharibələri unutmamalıdır. Bu gün qürurlanmalıyıq, ancaq bura gələn yolda keçdiyimiz keşməkeşli tariximizi danmamalıyıq. Fərd olaraq hər birimiz özümüzə sual verməliyik ki, dünən nə etmişik, bu gün nə edirik və sabah nə edəcəyik?", - deyə o qeyd edib.

Türkan İSGƏNDƏRLİ