"Çoxlarına mümkünsüz görünən problemi həll etmişik" - Qüdrət Həsənquliyev
"Xalqımızı, Ali Baş Komandan İlham Əliyevi və vitse-prezident Mehriban Əliyevanı təbrik edirəm. Biz dünya ermənilərinə və anti-azərbaycan qüvvələrə qalib gəlmişik. Çoxlarına mümkünsüz görünən problemi həll etmişik".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev bu gün keçirilən iclasda söyləyib.
"Seperatçıların kökü kəsildi və Qarabağ təmizləndi. Ümid edirəm ki, xalqımız heç bir çətinliklə üzləşməyəcək. Bu yöndə islahatlar keçiriləcək və sosial-iqtisadi istiqamatdə daha da yaxşılaşacağıq", - deyə o vurğulayıb.
Türkan İSGƏNDƏRLİ