"Ağdamın işğal olunmamış ərazilərində bir dənə də bankomat yoxdur" - MİLLƏT VƏKİLİ
"Ağdamın işğal olunmamış əraziləri var. Orada bir dənə də olsun bankomat yoxdur".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Əliyev parlamentin bugünkü iclasında deyib.
"Kəndlər böyükdür, nəqliyyat əlçatan deyil. Ona görə onlar çətinliklə mərkəzə gedib bankomatdan istifadə edirlər. Bu səbəbdən həmin ərazilər, ümumiyyətlə, bankomat olmayan yerlər bununla təmin olunsun", - deputat qeyd edib.
Türkan İSGƏNDƏRLİ