"Təhsil adıyla ölkəyə daxil olub digər fəaliyyətlərlə məşğul olurlar" - Millət vəkili

 13:58 07.11.2024     241

"Təhsil alan əcnəbilərin sayı kifayət qədər çoxdur. Ancaq bundan sui-istifadə edənlər də az deyil. Məsələn, təhsil adıyla ölkəyə daxil olub, digər fəaliyyətlərlə məşğul olurlar. Buna nəzarət gücləndirilməlidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri millət vəkili Azər Allahverənov parlamentin bugünkü iclasında söyləyib.

"Bundan başqa Azərbaycan və Türkiyə arasında gediş-gəliş zamanı təkcə şəxsiyyət vəsiqəsində istifadə edirlər. Gələcəkdə bunu digər türk dövlətləri ilə də həyata keçirmək olar", - deyə deputat təklif edib.

Türkan İSGƏNDƏRLİ