Bakıya giriş belə olacaq: Rayondan gələnlərin DİQQƏTİNƏ - VİDEO

 10:18 10.11.2024     331

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Redaktor.az xəbər verir ki, bu dəfə COP29 tədbiri çərçivəsində paytaxtda giriş-çıxış və ictimai nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi barədə məlumat verilib.

Bildirilib ki, "Koroğlu" stansiyasının ətrafından, konkret olaraq "Piramida" adlanan ərazidən 163, 184 və 214 nömrəli marşrut xətləri fəaliyyət göstərəcək. "Koroğlu" stansiyasına gələn 12 marşrut xətti "Ulduz" istiqamətinə, digərləri isə "Qara Qarayev" və başqa istiqamətlərə yönləndiriləcək.

Diqqətə çatdırılıb ki, şimal tərəfdən şəhərə daxil olanların Avtovağzal istiqamətinə yönəlmələri tövsiyə olunur. Oradan isə həm metro, həm də 27 marşrut xətti üzrə şəhərə daxil ola bilərlər. Avtomobillə şəhərə gələnlər isə postlardan keçəcəklər.

Postlardan biri Bakı-Salyan yolunun 14-cü kilometrliyində, Şıxov istiqamətində, Lökbatan dairəsində qurulacaq. Nəqliyyatın axını Kənar Dairəvi yola yönləndiriləcək.

Əlavə olunub ki, Badamdar girişi sərbəst, Yasamal və Şamaxinka istiqamətində giriş isə fasilələrlə olacaq.

Ətraflı süjetdə: