Görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, noyabrın 11-də səhər və axşam saatlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.