“ActionAid” iştirakçıları çağırış etdi - COP29

 13:52 11.11.2024     180

Bakıda keçirilən COP29 çərçivəsində iqlim maliyyələşdirilməsinə həsr olunmuş “ActionAid” konfransı təşkil edilib.

Redaktor.az xəbər verir ki, konfrans çərçivəsində təşkilat nümayəndələri iqlim maliyyələşdirilməsi üzrə məsuliyyətin ədalətli bölüşdürülməsinə və iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlərin görülməsinə çağırış ediblər.

Xüsusilə iştirakçılar vurğulayıblar ki, indiki reallıqda inkişaf etmiş ölkələrin iqlim maliyyələşdirilməsinə töhfəsi onların məsuliyyət daşıdığı çirklənmə həcmi ilə müqayisə edilə bilməz.

"Varlı ölkələr planetimizin problemlərindən qazanc əldə etməyi dayandırmalıdır. Onlar öz hərəkətlərinə görə məsuliyyətdən qaçmaq üçün maliyyələşdirmə öhdəliklərini qlobal cənubun üzərinə qoymağa çalışırlar", - “Global Climate Justice lead at ActionAid”in nümayəndəsi Tereza Anderson bildirib.

Onun sözlərinə görə, statistik məlumatlar göstərir ki, inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinə görə inkişaf etmiş ölkələrə nisbətən daha az tarixi məsuliyyət daşıyır. Bu baxımdan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşməsi üzrə öhdəlikləri təbiətə vurulan ziyana uyğun olaraq ədalətli şəkildə bölüşdürülməlidir”, - T.Anderson qeyd edib.

"Əgər biz iqlim tədbirlərinin miqyasının gələcəyimizi xilas etmək üçün kifayət qədər olmasını istəyiriksə, iqlim böhranında günahkar olan ölkələr vəziyyətin düzəldilməsi üçün pul ödəməlidir", - o bildirib.