Nazir "veteran pulu"ndan danışdı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Redaktor.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı sosial paket müzakirədədir.
“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə məlumat veriləcək”, - nazir qeyd edib.