Bakıda yaşayış binalarına yer verilməsi artıq yasaqlanmalıdır - Memar

 16:05 16.11.2024     426

Bu gün də daxil olmaqla artıq 6 gündür davam edən Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransında şəhərlərin ekoloji cəhətdən daha təmiz olmasının yolları müzakirə olunan mövzular sırasındadır.

Bəs xeyli sayda sakinin məskunlaşdığı paytaxt Bakının ekoloji təmizliyi üçün infrastruktur cəhətdən hansı işlər görülməlidir? 

Bu barədə Elmlər Akademiyasının fəxri doktoru, professor, memar Cahid Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, Bakıda sıxlıq yaradan əsasən yaşayış binalarıdır və onların inşasında müəyyən qədər seyrəklik olmalıdır:

"Yaşayış binaları ilə yanaşı, bir çox ali təhsil ocaqları, qurumlar da Bakıdan kənar zonalara inteqrasiya edilməlidir. Ümumiyyətlə, Bakıətrafı zonalarda, boş olan ərazilərdə yaşayış binalarına yer verilməsi artıq yasaqlanmalıdır. Eyni zamanda şəhərdə yaşıllıq zonalarının artırılmasına üstünlük verilməlidir. Əsasən də indi parkların, xiyabanların, seyrangahların yaradılması vüsət alıb. Ancaq istənilən halda bu cür tədbirlər daha da çoxaldılmalıdır".

Reklamçılar İttifaqının icraçı direktoru: “Sosial şəbəkələr reklam bazarını  çökdürür” - MÜSAHİBƏ

Memar qeyd edib ki, paytaxtın infrastruktur olaraq ekoloji baxımdan inkişaf etməsi ilə bağlı yeni Baş Planda yaşıllıq zolaqlarının çoxaldılması, binaların seyrəkləşməsi və s. kimi lazımlı məsələlər göstərilib.

Sevinc İBRAHİMZADƏ