Bakı və rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti barədə məlumat açıqlayıb.
Xidmətdən Redaktor.az-a bildirlib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 18-i günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 18-i gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.