"Barselona" prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Redaktor.az report.az-a istinadla xəbər verir ki, 62 yaşlı funksioner abidənin önünə əklil və gül dəstələri qoyub.
Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.


