Gələn il minimum əmək haqları və pensiyalar ARTIRILACAQ

 11:34 25.11.2024     121

"2025-ci ilin büdcəsini müzakirə etdiyimiz kimi, bu ildən də danışmalıyıq. Beynəlxalq tədbirə ev sahibliyi etmək özü uğurun göstəricisidir. 2025-ci ilin dövlət büdcəsi sosial-iqtisadi, milli maraqları əks etdirir və hazırlanır. Hesab edirik ki, Azərbaycan mümkün böhranlardan qorunmaq üçün "təhlükəsizlik yastığı"na malikdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin noyabrın 25-də keçirilən plenar iclasında deyib:

"2024-cü ildə olan problemlər 2025-ci ildə müəyyən uğurlara təkan verib. Növbəti ildə inflasiya 4.6 faiz hesablanıb. 2025-ci il dövlət büdcəsində gəlirlər 38 milyard, büdcə kəsirinin 3 milyard olacağı hesablanır. Gələn il minimum əmək haqları və pensiyaların artırılması planlaşdırılır. Növbəti il üçün hesablanan dövlət xərcləri 2003-ci ilə nisbətən 34 dəfə çoxdur". 

Deputat qeyd edib ki, bir çox dövlətlər problem olarkən büdcələri qısıtlayır. Ancaq Azərbaycan qeyri-standart vəziyyətdə belə xalqı düşünür.

Türkan İSGƏNDƏRLİ