Azərbaycan Avropa ilə müqayisə olunmalıdır - Komitə sədri
"2025-ci il dövlət büdcəsi ölkəmizdə gedən sosial və iqtisadi proseslərin bariz nümunəsidir. Bu zamanda Azərbaycan iqtisadiyyatı inkişaf edir, investisiya qoyulmasına şərait yaranır. Büdcəmiz hər il artır ki, bu da sevindirici haldır. Azərbaycan büdcəsində bütün sahələri inkişaf etdirmək üçün vəsait var".
Redaktor.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bugünkü iclasda deyib.
"Bəzi hallarda biz eşidirik ki, Cənubi Qafqazın digər dövlətləri ilə müqayisə edirlər. Amma məncə, biz Avropa ilə müqayisə olunmalıyıq. Azərbaycanın özündən asılı olmayaraq, düşdüyü elə hallar var ki, oraya pul ayırmağa məcburdur. Məsələn, elə Qarabağ azad ediləndən sonra orada görülən işləri deyə bilərik. Əgər belə olmasa idi, yenidən quruculuq işlər yerinə, təhsil, səhiyyə və s. sahələrə maliyyə ayırmaq olardı", - deputat bildirib.
Türkan İSGƏNDƏRLİ