Gələn il sosial-rifah daha da yaxşılaşacaq - Deputat
"Büdcə gəlirlərinin xərclərdən artıq olması, kəsrlərin azalması onu göstərir ki, Azərbaycan növbəti il daha sərt və güclü siyasət həyata keçirəcək".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Heydər Əsədov parlamentin bu gün keçirilən iclasında bildirib.
"Dövlət büdcəsinin xərcləri ölkənin prioritetlərinə uyğundur. Dövlət gələn ilki büdcədən çox ümidlidir. Rahatlıqla demək olar ki, 2025-in büdcəsi həqiqətən də hamının maraqlarına cavab verəcək. Bu iqtisadi artım yeni iş yerlərinin açılması, sosial-rifahın yaxşılaşdırılması kimi məsələlərə kömək edəcək", - o deyib.
Türkan İSGƏNDƏRLİ