Ağdaşda məktəblər odunla qızdırılır - Millət vəkili
"Anti-azərbaycan qüvvələrin qarayaxma kampaniyalarına baxmayaraq, COP29 ölkəmizdə uğurla keçirildi. Azərbaycan müdafiə xərclərinin artırılması, havadarları qorxudur. Onlar bunu özünə təhdid kimi başa düşür".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Sahib Aliyev bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Ağdaşda 7 kənddə qaz yoxdur, 8 kənddə isə qazın çəkilməsi işləri yarımçıq qalıb. Buna görə, məktəb, bağça, qurumlar odunla isidilir. Bundan başqa, məktəb və tibb məntəqələri qəzalı vəziyyətdədir. Həmçinin yollar yararsız haldadır. Bu problemlərlə yanaşı rayon içməli su ilə də problem yaşayır", - S.Alıyev qeyd edib.
Türkan İSGƏNDƏRLİ