"Kürdəmir-Zərdab rayonunda örüş sahələrinin qıtlığı müşahidə olunur" - Millət vəkili
"2025-ci ilin büdcəsinin artması, aparılan siyasətin nə qədər uğurlu olmasından xəbər verir. Azad edilən ərazilərdə aparılan işlər dövlətin əsas prioritetlərindəndir".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
"Kürdəmir-Zərdab rayonunda örüş sahələrinin qıtlığı müşahidə olunur. O cümlədən nəzərə alsaq ki, rayonda əsas qazanc yeri heyvandarlıq və əkinçilikdir, bu sahələrdə probemlər həll olunmalıdır. Əkinçiliyin geri düşməsinə səbəb rayonlarda suyun olmaması, meliorasiya işlərinin aparılmamasıdır. Bundan başqa, həmin ərazilərdə bir çox məktəblər təmirsiz, yollar isə yararsız haldadır. Həmçinin Kür daşqını vaxtı zərər dəyən evlərə edilən yardım onların tələbatını ödəmədiyindən hələ də dağıntı vəziyyətindədir", - deyə millət vəkili əlavə etdi.
Türkan İSGƏNDƏRLİ