"Bəzi bölgələrdə su anbarlarının tikilməsi zəruridir" - Deputat
"Kənd təsərrüfatını yetişdirilməsi üçün suya ehtiyyac var. Ona görə bəzi bölgələrdə həm içməli su, həm də təsərrüfat üçün su anbarının tikilməsi zəruridir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı söyləyib.
"Çünki məhsul olmasa, satış da olmur və əhali pis vəziyyətə düşür. O cümlədən bazar, yarmarkalarda əhali öz malını sata bilmir", - o əlavə edib.
Türkan İSGƏNDƏRLİ